Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşaya atılan “İsgəndər” labirinti”: Putin məsuliyyəti niyə hərbçilərin üzərinə atır?

Ərəstun Oruclu yazır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qarabağda “İsgəndər-M” raketlərinə məxsus qalıqların tapılması RusiyaAzərbaycan hərbçiləri arasında sıx dialoq çərçivəsində müzakirə olunur. Başqa sözlərlə, raket söhbətinin iki ölkənin siyasi hakimiyyətlərinə aidiyyatı yoxdur daha.

Yadınızdadırsa, Peskov bu məsələ ilə bağlı ilk açıqlamasında da hərbçilərə eyham vurmuşdu və demişdi ki, “İsgəndər” raketlərinin Azərbaycan ərazisinə atılıb-atılmamsı ilə bağlı hərbçilərin prezident Putinə məruzə etməsi haqda məlumatı yoxdur.

Belə çıxır ki, Kreml raket söhbətinin məsuliyyətini öz daxili opponentləri olan hərbçilərin üzərinə atır. İndi iki ölkənin hərbçilərinin “sıx dialoq çərçivəsində” hansı qənaətə gələcəyini görmək maraqlı olardı, amma çox güman ki, bu da olmayacaq. Məsələ asta-asta keçəcək arxa plana.

Peskov jurnalistlərin “Əliyevlə Putinin telefon danışığı zamanı keçən ilin noyabrında Rusiya vertolyotunun vurulması da müzakirə olunubmu?” sualına da mənfi cavab verib. Bunu belə də başa düşmək olar ki, hər iki məsələ qapadılacaq. Buradan çıxan yeganə maraqlı nəticə Kremlin öz hərbçilərinin hərəkətlərinə və addımlarına görə məsuliyyət daşımadığını qabartmasıdır.

Bir sual da çıxır ki, indi Rusiya hərbçiləri ayrı harada və nələri törədəcəklər və Putin administrasiyası da haraya qədər onların əməllərinə görə məsuliyyət daşımayacaq? Sual heç də ritorik deyil, xüsusilə də Ukrayna sərhədləri boyu Rusiyanın qoşun topladığı bir dönəmdə. Bunu da unutmayaq ki, Rusiya qoşunlarının bir hissəsi də “sülhməramlı” adı altında bizim ərazimizdədir və özlərini heç də statuslarına uyğun aparmırlar.

Hərçənd, o statusun heç özü də yoxdur. Bu isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Bir tərəfdən hüquqi statusun (sülhməramlı mandatının) olmaması onların əl-ayağını açırsa, digər tərəfdən də belə vəziyyət Azərbaycana istənilən vaxt onların ölkəni tərk etməsi tələbini irəli sürməyə imkan yaradır. Formal olaraq, təbii ki, çünki realda bu, mümkün görünmür.

Hüquq, qanunlar, beynəlxalq normalar işləməyəndə isə həlledici faktor kimi önə güc çıxır. Konkret halda söhbət hərbi gücdən gedir, ona görə də bu gün əsas vəzifələrimizdən biri Laçın dəhlizinə nəzarəti qismən də olsa qaytarmaqdan ibarət olmalıdır.

Məsələn, dəhlizə Rusiya “sülhməramlıları” ilə birlikdə nəzarət etmək. Bu, həm Rusiya hərbi qüvvələrinin, həm də qanunsuz erməni silahlılarının Azərbaycan ərazisində güclənməsinin qismən də olsa qarşısını ala bilər. Başlıca amil isə həmin bölgədə Azərbaycanın öz ordusunun gücünün və imkanlarının artırılmasıdır.

Bunu edə bilsək və özümüzü çox kiçiltməsək, onda bizimlə də hesablaşacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Bakı sakini Qaxda atdan yıxılaraq ağır xəsarət alıb    

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay